"Futbolçuları koronavirusun içərisinə soxa bilmərəm"

11 Mart 2020 16:16 Avropa Liqası 738
"Futbolçuları koronavirusun içərisinə soxa bilmərəm"

“Xetafe”nin prezidenti Angel Torres UEFA-ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, o, komandasının İtaliyaya getməsinə icazə verməyəcəyini açıqlayıb.

“Xetafe” Avroliqanın 1/8 final mərhələsində “İnter”lə qarşılaşacaq: “Bu qarşılaşmanı Milanda oynamaq olmaz. Oyunçularımı koronavirusun içərisinə soxa bilmərəm.

Bunun üçün məğlubiyyət alacamsa, eybi yox. Görüşü təxirə salmaq daha məntiqli görünür. Hazırda İspaniyadan çıxış yoxdur. UEFA bunun üçün hökümətdən xüsusi icazə almağımızı istəyir. Ancaq almayacam, ölkənin qərarına hörmət edəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti