Avropa Liqası matçında beyni silkələndi - VİDEO+FOTO

8 Noyabr 2019 17:15 Avropa Liqası 1 269
Avropa Liqası matçında beyni silkələndi - VİDEO+FOTO

"Slovan"ın (Bratislava) futbolçusu Kenan Bayriç Avropa Liqasının qrup mərhələsinin IV turunda İngiltərədə "Vulverhempton"la matçda ağır zədə alıb.

Sportinfo.az xəbər verir ki, görüşün 78-ci dəqiqəsində rəqib oyunçu Raul Ximenes 24 yaşlı müdafiəçinin başına zərbə endirib. Zərbənin təsirindən sloveniyalı oyunçunun beyni silkələnib.

Hadisədən sonra Bayriç dərhal xəstəxanaya aparılıb. O, gecəni müşahidə altında qalıb və komandası ilə birlikdə Slovakiyaya qayıda bilməyib.

Komandanın baş məşqçisi Yan Kozak oyundan sonra mətbuat konfransında futbolçunun başından aldığı zədənin ciddi olduğunu söyləyib.

Qarşılaşma "Vulverhempton"un 1:0 hesablı qələbəsi ilə bitib. Görüşün sonlarında fərqlənən Raul Ximenes qoldan sonra Kenan Bayricdən üzr istəyib.

Drafts 2.0@drafts_2

Embedded video

Twitter Ads info and privacy

See Drafts 2.0's other Tweets

Digər Xəbərlər
Xəbər Lenti