Portuqaliyalı dünya çempionu “Sportinfo”ya nə danışdı?

16:30 Avropa Liqası 124
Portuqaliyalı dünya çempionu “Sportinfo”ya nə danışdı?

“Azərbaycan millisinin bizə qarşı müdafiədən oynayacağını bilirdik. Gümanımızda yanılmadıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Portuqaliya millisinin sağ cinah müdafiəçisi Daniel Banjaki deyib.

Martın 27-də 21 yaşadək futbolçular arasında keçirilən Azərbaycan – Portuqaliya qarşılaşmasının ilk yarısı qolsuz bərabərliklə başa çatdı.

Bütün gücünü 45 dəqiqə ərzində meydanda qoyan milli üzvləri fasilədən sonra sözün əsl mənasında çökdü.

Portəgizlər bundan istifadə edərək 4 qol vurub 3 xal istəyinə çatdı.

“Benfika”nın əsas komandasında top qovan 18 yaşlı Banjaki qələbə təəssüratlarını bölüşüb:

“90 dəqiqə ərzində üstünlük tərəfimizdə oldu. Cəmi 4 qol vurduq, lakin çox sayda imkanları boşa verdik.

İlk hissədə qol vura bilməməyimizin səbəbi son zərbələr zamanı dəqiqlik nümayiş etdirməməklə bağlı idi. Fasilədən dərhal sonra ilk qolu vurmaqla davamını gətirməyi bacardıq.

Bu, bizim üçün vacib oyunlardan və qələbələrdən biri idi. Uzaq səfər və əlverişsiz hava şəraitində hədəfə çatdığımız üçün sevincliyik.

Açığı, Portuqaliya ilə müqayisədə Azərbaycan bir az soyuqdur. Bakının təmizliyi və işıqlı olması diqqətimi çəkdi. Stadion və qazon barədə də ən yüksək fikirləri səsləndirməliyəm”.

Maraq üçün bildirək ki, Daniel ötən il Qətərdə keçirilən 17 yaşadək futbolçular arasındakı dünya çempionatında Portuqaliya millisinin heyətində qalib adını qazanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti