
Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün 8 cavab oyunu keçirilib.
“Beşiktaş” ilk oyunda uduzduğu sabiq “Qalatasaray”lı Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”u ilə cavab görüşündə də bacarmayıb.
“Sabah”ı Avroliqadan kənarlaşdırmış “Çelye” də AEK səddini keçə bilməyib.
AEK (Kipr) – Çelye (Sloveniya) 2:1 (ilk oyun 1:1)
Hakken (İsveç) – Anderlext (Belçika) 2:1, penaltilər – 4:2 (0:1)
ÇFR Kluj (Rumıniya) – Luqano (İsveçrə) 1:0 (0:0)
Şaxtyor (Donetsk, Ukrayn) – Beşiktaş (Türkiyə) 2:0 (4:2)
Utrext (Niderland) – Şerif (Moldova) 4:1 (3:1)
Braqa (Portuqaliya) – Levski (Bolqarıstan) 1:0 (0:0)
Hibernian (Şotlandiya) – Midtyulland (Danimarka) 1:2 (1:1)
Legiya (Polşa) – Banik (Çexiya) 2:1 (2:2)