“Ötən həftə və ya bu gün üzərində dayanmırıq, səbirsizliklə gözləyirik”

5 Noyabr 2024 00:10 Avropa Liqası 727
“Ötən həftə və ya bu gün üzərində dayanmırıq, səbirsizliklə gözləyirik”

İngiltərə Premyer Liqasında “Tottenhem” geri düşdüyü matçda “Aston Villa”nı 4:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçı dəyərləndirən “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “Qalatasaray”la qarşılaşacaqları Avropa Liqasındakı oyuna da toxunub:

“Ötən həftə və ya bu gün üzərində dayanmırıq. Səbirsizliklə qarşıdakı oyunu gözləyirik.

Bu həftə bizi Avropa Liqasında çox böyük matç gözləyir. Bu, çətin, həyəcanlı bir qarşılaşmadır.

İstirahət edib yenidən başlamalıyıq. Əminəm ki, futbolçular bu matçdan zövq alacaq, böyük bir Avropa oyunu kimi hiss olunacaq”.

“Qalatasaray” – “Tottenhem” matçı noyabrın 7-də, saat 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!