Avropa Liqasında Liqa mərhələsinin 3-cü turuna start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə “Qalatasaray” Türkiyədə İsveç “Elfsborq”unu qəbul edib.
Qarşılaşma İstanbul təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
“Sarı-qırmızılar”a qələbə qazandıran qollara M.İkardi (28), Petterson (ö.q, 39), Alper Yılmaz Barış (44) və Yunus Akgün (83) imza atıb.
Qonaqlardan isə ikinci hissədə Hult, Baidoo və Larsson fərqlənib. Okan Burukun komandası bu qələbədən sonra xallarının sayının 7-ə yüksəldib.