COP29

“Qarabağ”a 1 qol vurdu, 2 pas verdi, UEFA-nın "gözünə girdi"

27 Oktyabr 2023 14:20 Avropa Liqası 653
“Qarabağ”a 1 qol vurdu, 2 pas verdi, UEFA-nın "gözünə girdi"

“Bayer 04”ün futbolçusu Florian Virts Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundakı çıxışına görə həftənin ən yaxşı futbolçusu adına namizəd seçilib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha 3 futbolçu bu mükafata iddialıdır.

Bunlar Rayan Qravenberx (“Liverpul”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Vinçentso Qrifodur (“Frayburq”, Almaniya). Həftənin ən yaxşı oyunçusu qitə futbol qurumunun azarkeşlər arasında apardığı səsvermə nəticəsində bəlli olacaq.

Florian Virts “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdikləri oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"