Yeni transfer: “Buna hansısa səbəb görmürəm, biz də onlar güclüyük”

4 Sentyabr 2022 01:10 Avropa Liqası 710
Yeni transfer: “Buna hansısa səbəb görmürəm, biz də onlar güclüyük”

"Rəqiblərimiz güclüdür".

Sportinfo.az xəbər verir ki, bunu "Olimpiakos"un futbolçusu Hvan Uy Co "To10.gr" saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

İngiltərənin "Nottingem Forest" klubundan icarəyə götürülən 30 yaşlı cənubi koreyalı hücumçu ilk dəfə bu turnirdə çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib:

"Növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün hansısa səbəb görmürəm. Biz də rəqiblər qədər güclüyük.

Qrup matçlarınadək təkmilləşməli, qarşılaşmalar keçirməli və qollar vurmalıyıq".

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti