Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) oyunu başa çatıb.
Sportinfo.az xəbər verir ki, Bolqarıstan təmsilçisi doğma meydanda İrlandiya klubunu 3:2 hesabı ilə məğlub edib.
SSKA-nın qollarını Pittas (20, 53) və Brunu Jordau (42) vurublar. Qonaqların heyətində isə Boys (31) və Olayinka (89) fərqləniblər. Cavab görüşü iyulun 16-da İrlandiyada keçiriləcək.
Bu cütün qalibi Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ” - “Vestri” cütünün qalibi ilə qarşılaşacaq.

