Öncə “Neftçi”ni, indi də "Fənərbaxça"nı avrokuboklardan uzaqlaşdırıdı - VİDEO

26 Noyabr 2021 18:20 Avropa Liqası 1 631
Öncə “Neftçi”ni, indi də "Fənərbaxça"nı avrokuboklardan uzaqlaşdırıdı - VİDEO

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Olimpiakos"un qonağı olub.

Qarşılaşma Yunanıstan təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

Xallarını 9-a yüksəldən "Olimpiakos" D qrupunda 2-ci pillədədi. 5 xalı olan "Fənərbaxça" isə Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib.

Yunan klubu daha əvvəl “Neftçi” ilə Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşıb. Hər iki matçda 1:0 hesabıyla qalib gələn “Olimpiakos” bakılıları qitənin ən mötəbər yarışından kənarlaşdırıb.

"Olimpiakos" - "Fənərbaxça" 1:0

Qol: Tikinyo Soares, 90

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?