Azərbaycan və Ermənistan bir səbətdə – DÇ-2022-nin seçmə mərhələsində

27 Noyabr 2020 14:20 Araşdırma 776
Azərbaycan və Ermənistan bir səbətdə – DÇ-2022-nin seçmə mərhələsində

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin tərkibi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, dekabrın 7-də keçiriləcək püşkatma ərəfəsində komandalar 6 səbətə bölünüb.

UEFA-nın rəsmən açıqladığı bu bölgü FİFA reytinqinə əsasən gerçəkləşib. Səbətlərin beşində 10, birində 5 yığma yer alıb.

FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı