Ermənistan istehsalı olan partlayıcılar aşkarlandı - Qarabağdan FOTOLAR

20 Oktyabr 2023 12:10 Araşdırma 905
Ermənistan istehsalı olan partlayıcılar aşkarlandı - Qarabağdan FOTOLAR

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.

İokal xarakterli antiterror tədbirlərindən öncə Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib”, - rəsmi qurumdan bildirilib.






Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti