11 illik sindrom, buraxılan 23 qol... “Qarabağ” bunu da bacaracaqmı?

19:40 Araşdırma 168
11 illik sindrom, buraxılan 23 qol... “Qarabağ” bunu da bacaracaqmı?

“Qarabağ” bu axşam “Ayntraxt”ı udsa... – 16 illik sindrom

“Qarabağ” ötən həftə tarixi ilkə imza atmağı bacardı.

Yanvarın 21-nə qədər Almaniya təmsilçiləri ilə 10 dəfə üz-üzə gələn “köhlən atlar” bir dəfə də olsun qələbə qazana bilməmişdi.

“Ayntraxt”la qarşılaşmada qələbəsizlik sindromu qırıldı. Ağdamlılar Frankfurtu təmsil edən komandanı 1:0 hesabı ilə məğlub etməyi bacardı.

İndi isə növbə İngiltərə sindromunu alt-üst etməyə çatıb.

Azərbaycanın Avropadakı qürur mənbəyi İngiltərə komandaları ilə 8 dəfə qarşılaşsa da, heç vaxt qələbə qazana bilməyib. 1 dəfə bərabərə qalıb, 7 dəfə məğlubiyyət acısı yaşayıb.

8 oyunun ümumi mənzərəsi belədir.

2015/16, Avropa Liqası, qrup mərhələsi

Tottenhem – Qarabağ – 3:1

Qarabağ – Tottenhem – 0:1

2017/18, Çempionlar Liqası, qrup mərhələsi

Çelsi – Qarabağ – 6:0

Qarabağ – Çelsi – 0:4

2018/19, Avropa Liqası, qrup mərhələsi

Qarabağ – Arsenal – 0:3

Arsenal – Qarabağ – 1:0

2024/25, Avropa Liqası, qrup mərhələsi

Tottenhem – Qarabağ – 3:0

2025/26, Çempionlar Liqası, Liqa mərhələsi

Qarabağ – Çelsi – 2:2

Statistikadan da göründüyü kimi, “Qarabağ” yalnız sonuncu cəhddə heç-heçəyə nail olmağı bacarıb.

Ümumi mənzərə təbii ki, təhlükə saçır. Qələbəsizlik bir yana, ingilslərlə 8 dueldə təmsilçimiz rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacarıb. Buraxılan top sayı isə 23-dür.

“Qarabağ” səfər matçlarının hamısında məğlub olmaqla İngiltərədə cəmi 1 qol vurub, öz qapısından 13 top çıxarıb.

Hər nə qədər maraqlı olsa da, “köhlən atlar” bütün hallarda London təmsilçilərinə qarşı oynayıb – “Tottenhem”, “London” və “Çelsi”. İlk dəfə Londondan kənarda – Liverpulda meydana çıxacaq.

Bir həftə əvvəl Almaniya “kəfənini yırtan” Azərbaycan çempionunun bu gecə İngiltərədə qələbəyə sevinəcəyi və sevindirəcəyi ümidi ilə...

Bu gecə “Enfild” stadionunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti