İki həftəlik fasilədən sonra Premyer Liqada 6-ci turun oyunları keçiriləcək.
Futbol həftəsi bir neçə klub rəsmisi və futbolçu üçün tamaşa meydanına çevriləcək.
Futbolçulardan yalnız Şəhriyar Əliyev meydana çıxmaqdan məhrumdur. “Turan Tovuz”un kapitanı geridə qalan turlarda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.
“Araz-Naxçıvan”dan iki nəfərə “stop” qoyulub. Bunlar komandanın baş məşqçisi Elmar Baxşıyev və inzibatçı Hüseynxəlil Orucoğludur.
“Kəpəz”də analitik vəzifəsini tutan İlkin Verdiyev hələ də cəzasını çəkir. O, “Səbail”lə matçdan sonrakı əməlinin bədəlini
Sentyabrın 13-də “Araz-Naxçıvan” – “Kəpəz”, ertəsi “Şamaxı” – “Sumqayıt”, “Qarabağ” – “Səbail”, sentyabrın 15-də “Zirə” – “Neftçi”, “Sabah” – “Turan Tovuz” matçları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ