COP29

Mədə xərçənginin qarşısını alan QİDALARIN SİYAHISI

3 Dekabr 2023 08:30 Araşdırma 1 387
Mədə xərçənginin qarşısını alan QİDALARIN SİYAHISI

London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, ispanaq, kələm və brokolidə olan fol turşusu kolorektal xərçəng riskini 7 faiz azalda bilər.

Tədqiqatda 70 mindən çox insan iştirak edib.

Alimlər gündəlik istehlak edilən fol turşusu (vitamin B9) miqdarının bağırsaq xərçənginin (kolorektal xərçəng) inkişafına necə təsir etdiyini öyrənməyə çalışıblar. Araşdırmalar göstərib ki, hər 260 mikroqram fol turşusu bu növ xərçəngə tutulma riskini 7 faiz azaldır. Bu miqdar vitaminin tövsiyə olunan gündəlik qəbulunun (400 mikroqram) 65 faizinə uyğundur.

WhatsApp-Image-2022-08-24-at-17.jpg (227 KB)

Məlum olub ki, fol turşusunun kolon xərçənginin inkişaf riskini azaltma qabiliyyəti insan genomunun müəyyən bölgəsində, xüsusən üçüncü xromosomun 3p25.2 bölgəsində baş verən dəyişikliklərlə bağlıdır.

Belə ki, bu transformasiya kolorektal xərçəngin qarşısını alan müəyyən mexanizmləri işə salır. Bununla belə, iştirak edən dəqiq genlər və onların təsiri sonrakı araşdırmalarla müəyyən edilməlidir.

Alimlər qeyd ediblər ki, B9 vitamini ispanaq, kələm, brokoli, günəbaxan tumları, paxlalılar, sitrus meyvələrində zəngindir. Fol turşusu qida əlavəsi kimi də mövcuddur.

Tədqiqatın nəticələri "The American Journal of Clinical Nutrition" (AJCN) jurnalında dərc olunub.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"