Qarabağ ermənilərinə yardımı kəsir? - Ermənistan hökuməti

24 Oktyabr 2023 16:30 Araşdırma 633
Qarabağ ermənilərinə yardımı kəsir? - Ermənistan hökuməti

Noyabr və dekabr aylarında Qarabağdan olan ermənilərin hər birinə ilk növbədə istehlak xərclərini ödəmək üçün 50 min dram (124 dollar) veriləcək.

Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan danışıb.

Onun sözlərinə görə, bank hesabında kifayət qədər əmanəti olanlar istisna tutulacaq. Tiqran Xaçatryan “kifayət qədər əmanət” dedikdə nəyi və hansı məbləği nəzərdə tutduğunu açıqlamayıb.

Xaçatryan onu da bildirib ki, bu iki aylıq müddətdən sonra artıq əmək qabiliyyətli yaşına çatmış və yanvardan başlayaraq əsas problemlərini həll etmiş insanların belə bir dəstəyə ehtiyacı olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti