“Özünü qoyub artistliyə, deyir, tanımıram” - Erməninin MƏHKƏMƏ İŞİ

17 Oktyabr 2023 21:50 Araşdırma 581
“Özünü qoyub artistliyə, deyir, tanımıram” - Erməninin MƏHKƏMƏ İŞİ

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Xəlil Kazımov çıxış edib.

O bildirib ki, atası Pərvin Kazımov Meşəli kəndinə hücum zamanı şəhid olub. Özü isə hadisələr vaxtı xəsarət alıb:

“Meşəlini mühasirəyə aldılar, kəndə od yağırdı. Yadıma gəlir, hücum edənlərin içində ruslar da var idi.

Bir gündə 25 nəfər öldürüldü. Atam həmin vaxt Xaçatryanla dost idi. Xatırlayar yəqin ki…

Kənd sakinləri bir gecə səhərə qədər çöldə soyuqda qaldı. İndi Xaçatryan deyir ki, mən iştirak etməmişəm.

O, günahkardır. Ömürlük həbs cəzası verilməsini istəyirəm”.

V.Xaçatryan zərərçəkmişin atasını tanımadığını, əlavə suallara cavab vermək istəmədiyini deyib.

“Özünü qoyub artistliyə, deyir, tanımıram”, - Zərərçəkmiş Xaçatryanın sözlərinə münasibətində bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti