Erməni Meşəlidə işgəncə verdiyi daha bir şəxsi tanıdı - VİDEO

17 Oktyabr 2023 13:50 Araşdırma 963
Erməni Meşəlidə işgəncə verdiyi daha bir şəxsi tanıdı - VİDEO

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmənin növbəti iclasında maraqlı anlar yaşanıb.

İclasın başlamasından əvvəl zərərçəkmiş şəxslərdən olan İbrahim Nurməmmədov Vaqif Xaçatryana yaxınlaşıb.

Bu zaman onların arasında kiçik dialoq olub və V.Xaçatryan 31 il əvvəl işgəncə verdiyi şəxsi tanıdığını bildirib.

Zərərçəkmiş İ.Nurməmmədov Meşəli hadisələri zamanı güllə yarası alıb.

Ötən məhkəmədə də Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?