Bir həftəyə Qarabağda nə qədər mina aşkarlanıb?

17 Oktyabr 2023 08:10 Araşdırma 465
Bir həftəyə Qarabağda nə qədər mina aşkarlanıb?

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.10.2023 - 15.10.2023) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 496 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 1732 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 631 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti