Azərbaycanın dövlət borcu nə qədərdir?

15 Oktyabr 2023 08:20 Araşdırma 738
Azərbaycanın dövlət borcu nə qədərdir?

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat təşkil edir.

Bu barədə Maliyyə Nazirliyinin rüblük hesabatında qeyd edilib.

Belə ki, hazırda Azərbaycanın dövlət borcu 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 %-i qədər olub.

Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur.

Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti