Azərbaycanda 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq - Gələn il

14 Oktyabr 2023 15:50 Araşdırma 809
Azərbaycanda 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq - Gələn il

2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır.

Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti