Tanınmış sabiq futbolçu həbs olundu: Anasını öldürüb?

13 Oktyabr 2023 08:50 Araşdırma 819
Tanınmış sabiq futbolçu həbs olundu: Anasını öldürüb?

Keçmiş NFL oyunçusu (amerika futbolu) Sergio Braun saxlanılıb.

Sportinfo.az xəbər verir ki, San Dieqo polisi "Nyu İnqland Patriots" və "Indianapolis Kolts" çıxış etmiş idmançını 73 yaşlı anasının qətlində şübhəli bilərək həbs edib.

O, ittihamlarla üzləşmək üçün İllinoys ştatına ekstradisiya olunacaq.

Anası Martl Cen Simmons-Brownun cəsədi sentyabrın 16-da Çikaqo şəhərinin Mayvud səmtindəki evinin arxasındakı dərənin yaxınlığında tapılıb.

Bundan sonra Braundan 1 ay xəbər olmayıb. Maywood polisi bildirib ki, 35 yaşlı sabiq futbolçu Meksikadan ABŞ-a daxil olarkən saxlanılıb.

Ailəsi verdiyi açıqlamada Serxio Braunun həbs edilməsi xəbərindən məyus olduqlarını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti