Antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçən Şuşa rayonunun Quşçular kəndinin görüntüləri yayılıb.
992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi.
Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.

