“Qarabağ” qazanmaq istəyirsə… BU VİDEODA HƏR ŞEY VAR!

4 Oktyabr 2023 11:40 Araşdırma 1 304
“Qarabağ” qazanmaq istəyirsə… BU VİDEODA HƏR ŞEY VAR!

Sabah Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Turnirdə mübarizə aparan “Qarabağ” İsveçdə “Hekken”in qonağı olacaq.

Sportinfo TV-nin eksperti Elçin Cəfərov uv sahiblərinin oyun planı barəsində maraqlı məqamları diqqətə çatdırıb.

Deyib ki, “Hekken” daha çox 4-3-3 oyun planına üstünlük verir:

“Bəzi oyunlarda nəticəyə uyğun olaraq, 3-5-2 formatına da dönürlər. Komandanın heyətində ən diqqət çəkən futbolçular hücum xəttində Amor Layumi Çilufyadır.

Zambiyalının uzaqdan təhlükəli zərbələri var. Sürətlidir, komandanın hücum planında önəmli rola malikdir.

“Hekken” hücuma çıxarkən, daha çox cinahlara uzun ötürmələrlə yadda qalırlar. Top rəqibdə olarkən, mərkəz müdafiəçilərinin mövqe sığortalarında problemləri var.

Stoper Even Hovland hava toplarında yaxşı təsir bağışlasa da, yerlə ötürmələrdə o qədər də yaxşı deyil. Komandanın oyun planında zonalar arasında məsafə çox uzun qalır.

“Qarabağ” hücum zamanı itirilən toplardan sonra bu məqama diqqət yetirməlidir. Çünki onlar uzun ötürmələrlə hər an təhlükəli epizodlar yaratmağı bacarırlar”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti