Qazilər komandası ilə bağlı qalmaqala REAKSİYA: "Onlara canımız qurban, amma..."

7 Fevral 2023 23:00 Araşdırma 521
Qazilər komandası ilə bağlı qalmaqala REAKSİYA: "Onlara canımız qurban, amma..."

Region Liqasının paytaxt zonasında 10-cu turun oyunları keçirib.

Maraqla gözlənilən matçlardan biri "B" yarımqrupunda baş tutub.

Burada "Difai" Zəngilan "Çinar"ı ilə üz-üzə gəlib.

Aydın Qasımovun çalışdırdığı komanda debütantı olduğu yarışda ilk məğlubiyyətini alıb - 0:3.

Xəbər verdiyimiz kimi, qarşılaşma qalmaqalsız ötüşməyib. Baş hakim Rəsul Babayev bir sıra mübahisəli qərarlarıyla yadda qalıb.

Referi "Difai"nin təmiz qolunu qeydə almayıb. O, "Çinar"ın oyundankənar vəziyyətdən fərqləndiyi epizodda isə mərkəzi göstərib.

Əsas "fit sahibi" və köməkçiləri "Difai"nin futbolçularına qarşı aşkar kobudluqlara göz yumub.

Çempionatın bombardiri olan Qarabağ qazisi Eşqin Tağıyevin ayağına, həmçinin Mirkamil Əliyevin böyrəyinə bir neçə dəfə ağır xəsarət yetirilib.

Hər iki oyunçu ilkin tibbi yardım sayəsində meydanı tərk edib. Fəqət, baş hakim ciddi tədbir görməyib, yalnız sarı vərəqələr göstərməklə kifayətlənib.

İnformasiya saytda çıxandan sonra "Çinar" komandasının baş məşqçisi Anar Dünyamalıyev redaksiyamızla əlaqə saxlayıb.

O, yaşananlar barədə fikirlərini bizimlə bölüşüb. Bəzi məqamlarla razılaşmadığını dilə gətirib:

"Difai" komandası ilə ilk oyunda biz məğlub olmuşduq. Həmin oyunda oyunçumuz Ülvi Quliyevin başla vurduğu 100%-lik qol qeydə alınmamışdı.

Amma bütün olanlara rəğmən məğlubiyyətin səhvini özümüzdə gördük. Və daha ciddi hazırlaşıb, ikinci qarşılaşmada 3:0 hesablı inamlı qələbə qazandıq.

Hakim səhvlərinə qalanda isə futbol mübarizə oyunudur. Meydanda sərt mübarizə gedib. Bir neçə epizodda bizim komandanın futbolçularına da zərbələr dəyib.

Bu gün nəinki bizdə, hətta bütün dünyada hakim qərarları müzakirə olunur. Adətən məğlub komanda danışmağa nəsə axtarır.

Oyun "Difai" tərəfdən lentə alınırdı. Əgər təmiz qolları sayılmayıbsa, videoyazısın AFFA-ya təqdim edib, şikayət edə bilərlər.

Qazilərimizə canımız qurban. Biz onlara borcluyuq və qələbəmizi də onlara həsr edirik. Son oyunumuza da bir neçə qazi dostlarımızı dəvət etmişdik.

Amma meydanda qazilər yox, futbolçular futbol oynayır. Kimsə kimisə qəsdən vurmayıb. Biz daha istəkli, əzmkar oynadıq və qələbə qazandıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı