“Mənə hansı işi həvalə edərlər, hansı işdə görərlər - bu, sonranın işidir”

18 Avqust 2022 22:20 Araşdırma 754
“Mənə hansı işi həvalə edərlər, hansı işdə görərlər - bu, sonranın işidir”

İki ilə yaxındır futboldan uzaq düşən sabiq FİFA referisi Rəhim Həsənov geri qayıtmağa hazırlaşmır.

Bu barədə Sportinfo.az-a beynəlxalq dərəcəli hakimin özü bildirib:

“Açığı, yaş da o yaş deyil, fevralda 40 yaşım olacaq. Hakimlik karyerası da 45 yaşa kimidir.

Təklif olsa, oturub danışmaq olar. Hansı işi həvalə edərlər, hansı işdə görərlər – bu, sonranın işidir.

Bu dəqiqə vacib olan AFFA-ya və komitəyə nə dərəcədə lazım olmağımdır”.

Rəhim Həsənov hakimlik karyerasında Azərbaycan Premyer Liqasında 200-ə yaxın oyunu idarə edib. UEFA-nın bayrağı altında keçirilən yarışlarda meydanda əsas söz sahibi olduğu matçların sayı isə 30-dan artıqdır.

Digər Xəbərlər
Xəbər Lenti