"Kimsə mənə oyunu verməyi təklif etsəydi, həmin adamın başı uçardı"

12 Avqust 2022 00:40 Araşdırma 731
"Kimsə mənə oyunu verməyi təklif etsəydi, həmin adamın başı uçardı"

"Qəribədir ki, bu məlumat rəhbərlik müqaviləyə xitam verməyi təklif etdikdən sonra ortaya çıxdı. Burada nəsə düz deyil, elə deyilmi?"

Sportinfo.az xəbər verir ki, bunu Rusiyada "Ximki"dən gözlənilməz şəkildə ayrılmış "Simurq"un (Zaqatala) sabiq baş məşqçisi Sergey Yuran deyib.

Dünən Ximki klubu 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiyini açıqlayıb. Xitamın səbəbi göstərilməsə də, Rusiya mətbuatında Yuran danışılmış oyunda günahlandırılır.

Onun "Rostov"a 2021/22 mövsümünün sonunda oyunu verməyi təklif etdiyi, əvəzində yeni mövsümdə onlara 6 xal verəcəyini söz verdiyi iddia olunur.

Məşqçi özü "Sport-Ekspress"ə müsahibəsində bunu təkzib edib:

"Yazılanların hamısı cəfəngiyyatdır, cəfəngiyyat! Futbol dünyasında məni çoxları tanıyır. Və məni belə bir vəziyyətlə əlaqələndirmək üçün...

Əgər kimsə mənə matçı verməyi təklif etsəydi, həmin adamın başı uçardı. Hamı bilir ki, mən belə oyunlarda yoxam".

Qeyd edək ki, Sergey Yuran hazırda mövcud olmayan Zaqatalanın "Simurq" klubuna 2011/12 mövsümündə baş məşqçilik edib.

Yuran bildirib. - Yazılanların hamısı cəfəngiyyatdır, cəfəngiyyatdır! Futbol dünyasında məni çoxları tanıyır.

Və məni belə bir vəziyyətlə əlaqələndirmək üçün ... Əgər kimsə mənə matçı keçməyi təklif etsə, adamın başı uça bilər. Hamı bilir ki, mən belə oyunlar oynamıram".

Digər Xəbərlər
Xəbər Lenti