“Qarabağ” polşalıların qorxulu röyasıdır”

5 İyul 2022 21:10 Araşdırma 672
“Qarabağ” polşalıların qorxulu röyasıdır”

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa bir çox ölkələrin mütəxəssisləri kimi, polşalı ekspertlər də biganə yanaşmırlar.

Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi son ölkə çempionu olsa da, yerli mütəxəssislər bu komandanın Azərbaycan təmsilçisi önündə uğurlu çıxışına şübhə ilə yanaşır.

Polşanın tanınmış futbol eksperti Yakub Olkeviç də həmkarlarından fərqlənmir. O, inamsızlığını yeni baş məşqçi ilə əlaqələndirib:

“Bugünkü oyunla bağlı pis ssenari cızılır. Uğursuz start vəziyyəti daha da pisləşdirər. Məğlubiyyət əslində formallıqdır, amma mən qaynar Bakıda revanş matçını xüsusi qeyd edərdim.

“Lex” indi elə vəziyyətdədir ki, Çempionlar Liqası olmasa belə, Avropa Liqasının qrup mərhələsi haqda ciddi düşünə bilər.

Yeni baş məşqçi Con van den Bromun açıqlamaları diqqətimi çəkir. Adətən məşqçilər hava durumundan, qol şanslarından yararlanmamaqdan və s. şikayətlənirlər.

Van den Bromun şikayətlənməsi isə yersizdir. Komanda çempiondur, heyətdə hamı sağlamdır. Baş məşqçinin sözləri reallıqdan uzaqdır.

Əksər yeni məşqçilərdən fərqli, niderlandlı böhranda olan komanda qəbul etməyib. O, kəskin zəifləməyən Polşa çempionunun paltardəyişmə otağına girir. Bu, geniş heyətə malik güclü komandadır və oyunçular artıq bir-birilərini yaxşı başa düşürlər.

Bu nikbinlik dalğası yalnız kifayət qədər güclü rəqib tərəfindən dayandırılar. Fikrimcə, bu da “Qarabağ”dır.

Bu komanda Polşa klubları üçün sanki lənətlənib, hər bir polşalı məşqçinin qorxulu röyasıdır. “Qarabağ” komandalarımız üçün keçilməz səddir. Bir sözlə, Azərbaycan təmsilçisi aşkar favoritdir.

Digər Xəbərlər
Xəbər Lenti