Bizdə "Xəzər"in “Fırtınalar meydanı” – Mançesterdə “Xəyallar teatrı”

23 Aprel 2021 20:00 Araşdırma 1 292
Bizdə "Xəzər"in “Fırtınalar meydanı” – Mançesterdə “Xəyallar teatrı”

Dünya futbolunda bəzi oyunçular adları yox, ləqəbləri ilə tanınırlar.

Sportinfo.az xəbər verir ki, elə futbol “kral”ı Pelenin əsl adını yəqin ki, çox adam bilmir.

Futbolçularla yanaşı, klublara da ləqəblər qoşulur. Ancaq çox az halda stadiona ləqəb verilir. Vaxtilə Premyer Liqamızda çıxış edən “Xəzər Lənkəran”ın stadionu “Fırtınalar meydanı” kimi hələ də xatırlanır.

Dünya futbolunda bir neçə qəribə ləqəbi olan stadionların adlarını təqdim edirik (apasport.az):

1. “Old Trafford” (“Mançester Yunayted”in stadionu”, Mançester) – “Xəyallar teatrı”


2. “Seltik Park” (“Seltik”in stadionu, Qlazqo) – “Cənnət”


3. “Qudison Park” (“Everton”un stadionu, Liverpul) – “Böyük qoca xanım”


4. “La Bombonera” (“Boka Xuniors”un stadionu, Buenos Ayres) – “Şəkər qutusu”


5. “Estanislao Lopes” (“Kolon”un stadionu, Santa-Fe) – “Fillər qəbiristanlığı”


6. “Pedro Bideqain” (“San Lorenzo”nun stadionu, Buenos Ayres) – “Yeni qazometr”


7. “Rikardo Saprissa Ayma” (“Saprissa”nın stadionu, San-Xose) – “Canavar mağarası”


8. “Şlensk” (Polşa millisinin stadionu, Xojuv) – “Cadugər qazanı”


9. “Marakana” (Braziliya millisinin stadionu, Rio-de-Janeyro) – “Dünyanın futbol məbədi”

Digər Xəbərlər
Xəbər Lenti