Şuşada çəkilən FOTOnun müəllifi o imiş...

1 Mart 2021 17:30 Araşdırma 4 486
Şuşada çəkilən FOTOnun müəllifi o imiş...

Sportinfo.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə geniş yayılan və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən foto ilə bağlı rejissor Cavidan Şərifov məlumat yayıb.

C.Şərifov bildirib ki, həmin şəklin müəllif hüquqları fotoqraf Zaur Mirzəyevə aiddir:

“İdeya müəllifi isə özüməm. Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.

Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir.

Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız. Biz Bakı Media Mərkəzinin əməkdaşları olaraq, müharibənin ilk anlarından cəbhə bölgəsinə ezam olunmuşduq”.

Digər Xəbərlər
Xəbər Lenti