Sabah Qarabağda gizlənmiş ermənilərin axtarışları aparılacaq

17 Yanvar 2021 23:10 Araşdırma 2 952
Sabah Qarabağda gizlənmiş ermənilərin axtarışları aparılacaq

Qarabağda müxtəlif istiqamətdə işğalçı Ermənistan ortdusunun hərbçilərinin qalıqlarının axtarışları davam edir.

Sportinfo.az xəbər verir ki, aparılan axtarışlar zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

Digər Xəbərlər
Xəbər Lenti