COP29

“Əməkdaşlığa xitam verməklə bağlı razılaşmamız var"

8 May 18:40 Almaniya 938
“Əməkdaşlığa xitam verməklə bağlı razılaşmamız var"

“Bayern”in baş məşqçisi Tomas Tuxel gələn mövsüm harada çalışacağı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Münhen təmsilçisindən ayrılacağını bildirib:

“Gələn mövsüm harada işləyəcəm? “Bayern”də işləmək ehtimalım azdır. Deməliyəm ki, əməkdaşlığa xitam verməklə bağlı razılaşmamız var.

İndi bu razılaşmanı şübhə altına almağa heç bir əsasım yoxdur. Bununla bağlı razılaşdıq, təşəbbüs klubdan gəldi, amma məndə hər şey qaydasındadır”.

Daha əvvəl 50 yaşlı məşqçinin adı İngiltərənin “Mançester Yunayted” klubu ilə hallanırdı.

Digər Xəbərlər
Xəbər Lenti