Şərtləri razılaşdırdılar - 38 yaşlı kapitanla müqaviləni uzadacaqlar

7 Yanvar 2025 12:20 Almaniya 1 244
Şərtləri razılaşdırdılar - 38 yaşlı kapitanla müqaviləni uzadacaqlar

“Bayern”in qapıçısı Manuel Noyer tezliklə klubu ilə müqaviləsini uzadacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilin yayına kimi olacaq müqavilənin şərtlərini razılaşdırıblar, sözləşmə yekunlaşmaq üzrədir.

38 yaşlı kapitanla yeni müqavilənin imzalanması ilə bağlı rəsmi açıqlama yaxın günlərə planlaşdırılır.

Noyer 2011-ci ilin yayından münhenlilərin şərəfini qoruyur. O, bu mövsüm Vensan Kompaninin komandasının heyətində bütün yarışlarda 19 oyun keçirib, 13 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 18:10 Çək və bizə göndər!