Tanınmış məşqçi Premyer Liqada çalışmaq istəmədi

4 May 2021 10:20 Almaniya 1 266
Tanınmış məşqçi Premyer Liqada çalışmaq istəmədi

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Hans-Diter Flik İngiltərənin bir klubundan təklif alıb.

Sportinfo.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi 56 yaşlı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Flik London klubunun təklifinə “yox” deyib.

Flikin Almaniya milli komandasına baş məşqçi təyin olunacağı gözlənilir. Almaniya millisində baş məşqçi Yoahim Löv AÇ-2020-dən sonra vəzifəsindən ayrılacağını açıqlayıb.

2019-cu ilin noyabrından “Bavariya”nı çalışdıran Flik, mövsümün sonunda vəzifəsindən ayrılacaq. Münhen klubunda onu Yulian Naqelsmann əvəzləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı