Futbolçular son 4 turda meydana çıxmaq istəmirlər

28 Aprel 2021 12:00 Almaniya 622
Futbolçular son 4 turda meydana çıxmaq istəmirlər

“Şalke”nin futbolçuları Bundesliqanın son 4 turunda meydana çıxmaq istəmirlər.

Sportinfo.az xəbər verir ki, buna komandanın ikinci Bundesliqaya yuvarlanmasından sonra baş verənlər səbəb olub.

“Şalke” son turda “Arminiya”ya uduzmaqla 33 ildən sonra elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Lakin bu, klub azarkeşlərinin böyük qəzəbinə səbəb olub.

Onlar həmin görüşdən sonra futbolçulara hücum ediblər. Bu hadisədən təsirlənən futbolçular isə qalan 4 turda meydana çıxmaq istəmirlər.

Klubun İdarə Heyətinin üzvü Peter Knaebel açıqlamasında futbolçuların son 4 turda oynayıb-oynamayacağına özlərinin qərar verəcəyini deyib:

“Bir futbolçu artıq yerdə qalan 4 matça çıxmaq istəmirsə, bunu anlaya bilərəm. Belə şeylər qanuni yollarla olduğu müddətdə hər bir qərara hörmət edirəm”.

"Şalke” tarixi ərzində daha əvvəl 3 dəfə (1981-ci il, 1983-cü il, 1988-ci il) aşağı liqaya yuvarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!