COP29

Karyerasını bərpa  edən və II Liqaya gedən tanınmış: “Maraqlıdır”

5 İyun 16:00 II Divizion 1 162
Karyerasını bərpa  edən və II Liqaya gedən tanınmış: “Maraqlıdır”

"İkinci Liqa maraqlı çempionatdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Ötən ilin yayında butsılarını mıxdan asan 36 yaşlı orta sahə oyunçusu 5 ay öncə yaşıl sahələrə dönüb.

II Liqada mübarizə aparan "Cəbrayıl"la anlaşan Məmmədov çempionatın səviyyəsi barədə danışıb:

"İkinci Liqanın təşkilini alqışlayıram. Sonuncu dəfə Şəmkir səfərində oldum.

Stadionda çox sayda azarkeş vardı. Görürsən ki, insanlar oyunlara böyük həvəslə gəlir.

Xüsusilə region komandaları üçün yaxşı qərardı. Davamlı olsa və maliyyə bir qədər də artırılsa, daha yaxşı olar".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?