COP29

İki gözəl, bir kuryoz şübhə saçan qol və xilasedici oğlan - VİDEO

21 May 18:00 II Divizion 673
İki gözəl, bir kuryoz şübhə saçan qol və xilasedici oğlan - VİDEO

II Liqada son tura yekun vurulub.

Medallar uğrunda mübarizəyə tab gətirməyən “Qusar” Sumqayıtda “Lerik”i qəbul edib.

İlk hissə nominal ev sahiblərinin hücumları şəraitində keçib. Çoxsaylı epizodları boşa verən şimallılar yalnız bir dəfə “çərçivə”yə düşə bilib.

Vüqar Əşrəfli cinah ötürməsini yaxın məsafədən qapıya yönəldib. “Lerik”in cavab qolu fasilədən az sonra gəlib.

“Xəzər Lənkəran” məktəbinin “məzun”u olan Kamran Abdullazadə 25 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsindən əla qol vurub.

57-ci dəqiqədə kuryoz hadisə baş verib - cərimə meydançasına daxil olan Rəvan Quluzadə qapıçıyla üzbəüz qaldığı epizodda topa zərbə endirib.

“Yuvarlaq meşin” yolüstü Osman Osmanova dəyib. Sonuncu topun kornerə çıxacağını düşünüb, onun istiqamətini dəyişməyib.

Beləcə, top yavaş sürətlə tora daxil olub.

Yəqin ki, AFFA-nın ekspertləri bu matçı incələyəcək və qeyd etdiyimiz epizoda reaksiya verəcək... Hər hansı formada.

Biz gözləməkdə olaq, görün, “Lerik” daha neyləyib. Mirabbas Qədirli 64-cü dəqiqədə qüvvətli zərbəylə baxımlı qola imza atıb.

Bu da sonuncu olmayıb. Vüqar Əşrəfli 90+3-cü dəqiqədə “Qusar”ı məğlubiyyətdən xilas edib və mövsümü beşinci pillədə başa vuracaqları dəqiqləşib.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 20 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Səfalı Ağayev, Əlibəy Rəhimov
Dördüncü hakim: Cəsarət Vahidov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqə: Elvin Cahangirli, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Vüqar Əşrəfli, 33, 90+3; Kazbək Qafarov, 60 // Kamran Abdullazadə, 49; Rəvan Quluzadə, 57; Mirabbas Qədirli, 64
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

Qusar”

1. Əli Həsənli
15. Firudin Ağalarov
(18. İlham Yarəliyev, 71)
11. Sərxan Ağayev (k)
8. Orxan Qurbanlı
38. Vüqar Əşrəfli
17. Osman Osmanov
13. Viqar Əlibabayev
6. Kazbək Qafarov
37. Əsgər Hümbətov
88. Murad Hüseynov
3. Firdovsi Kazımov
(5. Elnur Dəmirli, 60)
Ehtiyat oyunçular:

22. İmran Məhərrəmov
7. Nicat Muxtarov
Baş məşqçi: Emin Əmiraslanov

“Lerik”

12. Hafiz Məmmədli
5. Feyruz Bağıyev
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
(17. Fahil Dostiyev, 51)
7. Kamran Abdullazadə (k)
36. Heydər Babayev
99. Mirabbas Qədirli
20. Elvin Cahangirli
14. Penci Ağazadə
(4. Vusal Nuriyev, 65)
24. Rəvan Quluzadə
(23. Niyal Abasov, 75)
3. Mirvaleh Hüseynov
Ehtiyat oyunçular:
93. Röyal Əlizadə
90. Ramil Bəyverdiyev
10. Nurlan Əmirzadə
19. Farid Şiriyev
16. Murad Əliyev

Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!