Difainin pley-offdakı rəqibi hansı komanda olacaq? – II Liqadan CANLI YAYIM

20 May 2024 14:50 II Divizion 1 249
Difainin pley-offdakı rəqibi hansı komanda olacaq? – II Liqadan CANLI YAYIM

Bu gün II Liqada sonuncu - 26-cı tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək.

Heç şübhəsiz, diqqətlər əsasən 2 matçda olacaq. Gümüş medallar uğrunda mübarizə aparan «Füzuli» ilə «Cəbrayıl» üz-üzə gələcək.

1 xallıq fərqlə ikinci yerdə qərarlaşan birincilərə heç-heçə kifayət edirsə, Cavid Hüseynovun çalışdırdığı ikincilər mütləq qələbə qazanmalıdır. Ki, I Liqaya vəsiqə yolunda «Difai» ilə pley-off oynasın.

Dördüncü sıradakı «Şahdağ»ın da belə bir imkanı var.

Qusar təmsilçisi turnir cədvəlində ondan yuxarıda gedən komandaların sülhə imza atmasınə ümid edib, özü də «Ağdaş»a qalib gəlməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu