COP29

XOŞ SURPRİZ: Çempionata vəsiqə qazandılar, məclis qurdular - VİDEO

12 İyun 11:00 II Divizion 1 997
XOŞ SURPRİZ: Çempionata vəsiqə qazandılar, məclis qurdular - VİDEO

Region Liqasından II Liqaya yüksələn növbəti komanda bəlli olub.

İkinci lisenziyaya Region Liqasını ikinci pillədə başa vuran “Hypers” sahib çıxıb.

Pley-off mərhələsinin cavab oyununda “Şəfa”nı 2:1 hesabı ilə məğlub edən kollektiv yeni mövsümdən II Liqada mübarizə aparacaq.

Bu komandalar arasında ilk görüş də “Hypers”in qələbəsi ilə başa çatmışdı – 2:0.

Daha əvvəl “Şimal” Region Liqasının qalibi kimi II Liqada oynamaq hüququ qazanıb.

"Hypers"in baş məşqçisi Vüqar Nadirov II Liqaya vəsiqə münasibətilə qurulan məclisdə çəkilən görüntüləri ilə diqqət mərkəzinə düşüb.

Sabiq “Qarabağ”lı Ağdama həsr olunan mahnıya qol qaldıraraq oynayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?