UEFA "İnter" və "Roma"dan Avroliqadan çıxmalarını xahiş etdi

12 Mart 2020 15:32 I Divizion 1 153
UEFA "İnter" və "Roma"dan Avroliqadan çıxmalarını xahiş etdi

UEFA prezidenti Aleksander Çeferin "İnter" və "Roma"ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, sloveniyalı futbol funksioneri A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.

A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb. O, hesab edir ki, yarışın vaxtında bitməsi AVRO-2020-nin planlaşdırıldığı kimi bu yay keçirilməsinə kömək edəcək.

Həmçinin qitə futbol qurumunun prezidenti İspaniya hökumətinin məsuliyyəti öz üzərinə götürdüyünü nəzərə alaraq, onları turnirdən kənarlaşdırılmayacaqlarına inandırmağa çalışıb. Amma İtaliya nəhənglərinin bu təklifdən imtina etdiyi iddia olunur.

Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM