Türkiyə klubları Konfrans Liqasında uğursuzluq yaşadı – NƏTİCƏLƏR

10 Noyabr 2023 02:50 Dünya futbolu 1 279
Türkiyə klubları Konfrans Liqasında uğursuzluq yaşadı – NƏTİCƏLƏR

Konfrans Liqasının qrup mərhələsində bu gün 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Beşiktaş" və "Fənərbaxça" turnirin qrup mərhələsinin 4-cü turunda keçirdiyi görüşlərdə məğlub olub.

"Qara qartallar" İstanbulda Norveçin "Budyo-Qlimt" komandasını qəbul edib.

"Beşiktaş" matçın favoriti hesab edilsə də, evdə 1:2 hesabı ilə uduzub. Qonaqların heyətində Faris Mumbanya dubla (38-ci və 49-cu dəqiqələr), ev sahiblərindən Tayfur Bingöl (64-cü) fərqlənib.

Türkiyə klubu 4 oyundan sonra əvvəlki kimi D qrupunda cəmi bir xalla sonuncu pillədə qərarlaşıb. Bu qələbə sayəsində “Budyo-Qlimt” yeddi xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Turnirin ikinci İstanbul klubu “Fənərbaxça” Bolqarıstanda səfərdə yerli “Ludoqorets”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 18-ci dəqiqədə Bolqarıstan klubunun futbolçusu Yakub Piotrovski vurub. Oyunun əsas vaxtına əlavə olunan ikinci dəqiqədə yekun hesabı braziliyalı Ruan Seko qoyub.

“Fənərbaxça” məğlubiyyətə baxmayaraq, 4 oyundan sonra 9 xalla H qrupunda liderliyini davam etdirir. “Ludoqorets” 6 xalla üçüncüdür.

A qrupu

“Olimpiya” (Sloveniya) – “Klaksvik” (Farer adaları) 2:0
Qollar: Sualehe, 84. Nukiç, 88.

“Slovan” (Bratislava, Slovakiya) – “Lill” (Fransa) 1:1
Qollar: Kavriç, 80 – A.Qomes, 52.

Xal: Lill – 8. Slovan – 7. Klaksvik – 4. Olimpiya – 3.

B qrupu

“Breydablik” (İslandiya) – “Gent” (Belçika) 2:3
Qollar: Svanthorsson, 16; 18 – Orban, 6; 54-pen; 69.

“Zarya” (Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:3
Qollar: Alefirenko, 74 – Lukkassen, 7. Perets, 26; 43.

Xal: Gent – 10. Makkabi – 6. Zarya – 4. Breydablik – 0.

C qrupu

“Astana” (Qazaxıstan) – “Ballkani” (Kosovo) 0:0

“Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0
Qol: Çori, 35-pen.

Xal: Viktoriya – 12. Ballkani – 4. Astana – 4. Dinamo – 3.

D qrupu

“Beşiktaş” (Türkiyə) – “Bodo Qlimt” (Norveç) 1:2
Qollar: T.Bingöl, 64 – Mumbaqna, 38; 49.

“Brügge” (Belçika) – “Luqano” (İsveçrə) 2:0
Qollar: Tyaqo, 62-pen. Vanaken, 90+6.

Xal: Brügge – 10. Bodo Qlimt – 7. Luqano – 4. Beşiktaş – 1.

E qrupu

“Legiya” (Polşa) – “Zrinski” (Bosniya və Herseqovina) 2:0
Qollar: Auqustinyak, 14. Xosue, 30-pen.

“Aston Villa” (İngiltərə) – “Alkmar” (Niderland) 2:1
Qollar: D.Karlos, 61. Uotkins, 81 – Pavlidis, 52.

Xal: Legiya – 9. Aston Villa – 9. Zrinski – 3. Alkmar – 3.

F qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Genk” (Belçika) 1:1
Qollar: Peşiç, 47 – Munyos, 62.

“Çukariçki” (Serbiya) – “Fiorentina” (İtaliya) 0:1
Qol: Nzola, 8-pen.

Xal: Fiorentina – 8. Ferentsvaroş – 6. Genk – 6. Çukariçki – 0.

G qrupu

PAOK (Yunanıstan) – “Aberdin” (Şotlandiya) 2:2
Qollar: Tayson, 23. Samatta, 67 – Duk, 14. Makqreyt, 70.

HJK (Finlandiya) – “Ayntraxt” (Almaniya) 0:1
Qol: Şaibi, 31.

Xal: PAOK – 10. Ayntraxt – 9. Aberdin – 2. HJK – 1.

H qrupu

“Nordsyelland” (Danimarka) – “Spartak” (Trnava, Slovakiya) 1:1
Qollar: İnqvartsen, 32-pen – Duris, 61.

“Ludoqorets” (Bolqarıstan) – “Fənərbaxça” (Türkiyə) 2:0
Qollar: Pyotrovski, 18. Seko, 90+2.

Xal: Fənərbaxça – 9. Nordsyelland – 7. Ludoqorets – 6. Spartak – 1.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!