PREZİDENT: "Söz danışıqdan keçər, biz yolunu gözləyirik"

20 Yanvar 2020 21:15 I Divizion 1 502
PREZİDENT: "Söz danışıqdan keçər, biz yolunu gözləyirik"

Azərbaycanın gənclər yığmasının yarımmüdafiəçisi Famil Camalovun legioner həyatı yaşamaq arzusu reallaşmayıb.

Bu barədə Sportinfo.az-a "Zaqatala"nın prezidenti Musa Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Camalovun Cənubi və Şimali Kipr klublarıyla apardığı danışıqlar baş tutmayıb: "Famil artıq oranı tərk edib. Hansı komandaların bazasında olmuşdusa, heç biriylə söhbəti alınmayıb.

İndi qayıdıb, Rusiyadadır, ailəsinin yanında. İki-üç gün vaxt istəyib. Əgər həmin müddətdə də nəsə olmasa, "Zaqatala"ya qayıdacaq.

Açığı, Famil "Zaqatala"ya gələndə, şərt kəsilmişdi ki, əgər 6 ay sonra başqa yerlərdən sərfəli təkliflər gəlsə, onu buraxacağıq. Söz danışıqdan keçər. Biz bu gün də verdiyimiz vədə edib, ondan son cavabı gözləyirik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!