COP29

İşləri pis gedən klubda istefa - Vitse-prezident ayrıldı

18 İyun 09:50 I Divizion 2 463
İşləri pis gedən klubda istefa - Vitse-prezident ayrıldı

Bu mövsüm II Liqada mübarizə aparmış «Araz Saatlı»nın rəhbərliyində istefa gerçəkləşib.

Aran klubunun vitse-prezidenti Aqil Heydərov öz istəyi ilə bu vəzifədən ayrılıb.

O, əvvəkitək Saatlı Olimpiya İdman Kompleksinin direktoru olaraq işini davam etdirəcək.

A.Heydərov ötən ilin əvvəlindən etibarən «Araz»da rəhbər post tuturdu. Ötən müddət ərzində burada mühüm işlər görüb.

Komandanın üzləşdiyi bir çox problemləri təkbaşına həll edib. Rayon camaatı içində böyük hörmətə malik A.Heydərov qısa zaman kəsiyində futbolçuların da rəğbətini qazanıb.

Kompleksin qapılarını kollektivin üzünə açaraq, onların gündəlik qayğılarının həllinə ciddi yardım göstərib. Yerli rəsmi dairələr və iş adamları ona görə kluba dəstək verib.

«Araz» növğəti mövsümdən II Liqada yarışmalıdır.

Çünki I Liqada sezonu sonuncu - 10-cu pillədə bitirən aranlılar «İrəvan»ın çempionatdan kənarlaşdırılması səbəbindən pley-offda şansını yoxlamaq imkanı əldə etsə də, hər iki görüşdə «Cəbrayıl»a uduzaraq (0:2 və 1:3) daha aşağı liqanın yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti