Xərəkdaşıyanlar olmadı, 80 manat xərcə düşdü - “Qaradağ”

11 Dekabr 2022 03:00 I Divizion 333
Xərəkdaşıyanlar olmadı, 80 manat xərcə düşdü - “Qaradağ”

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda I Divizionun XIII turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Şamaxı-2” – “Kəpəz-2” oyununa Təcili Tibbi Yardım maşınının gecikməsinə görə ev sahibi 160 manat cərimə edilib.

Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” 40 manat cərimə olunub.

“Zaqatala” – “Turan Tovuz-2” oyununda ev sahibinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“İmişli” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

​“Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün meydan sahibi 80 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!