Azərbaycan komandasından "Baraelona"sayağı qol - VİDEO

2 Dekabr 2022 16:00 I Divizion 473
Azərbaycan komandasından "Baraelona"sayağı qol - VİDEO

I Divizionda XII turun oyunları keçirilib.

"Araz Naxçıvan" doğma meydanda son çempion "Qarada Lökbatan"ı qəbul edib.

Qarşılaşma Muxtart Respublika təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Vaxtilə "Xəzər Lənkəran"ın formasını geyinmiş Orxan Əliyev dubla imza atıb. Onun vurduğu qollardan biri stadiona toplaşan azarkeşlərin xüsusi alqışı ilə qarşılanıb. Belə ki,

"Araz Naxçıvan" ikinci qoldan öncə "Barselona" kimi "tiki-taka" nümayiş etdirib. 12 ardıcıl pasla rəqibin müdafiə xəttini yararaq, sonda məqsədlərinə çatıblar.

Xallarını 26-ya yüksəldən "Araz Naxçıvan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Qaradağ Lökbatan" isə 12 xalla 11-ci yerdədir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

“Araz Naxçıvan” - “Qaradağ Lökbatan” 2:0
​Qollar:
Orxan Əliyev, 9, 67 (pen)

Digər Xəbərlər
Xəbər Lenti