“Vaxtında çox dedim, məni vecinə alan olmadı”

1 Dekabr 2022 17:40 I Divizion 811
“Vaxtında çox dedim, məni vecinə alan olmadı”

“Komanda güclənməlidir, bu heyətlə bizə çox çətin olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in məşqçisi Vidadi Rzayev deyib.

Öncə Yaşar Vahabzadənin köməkçisi işləyən, hazırda isə Tərlən Əhmədovun korpusunda yer alan mütəxəssis görülməsi gərəkən işlər haqda öz fikirlərini bildirib:

“Vəziyyəti düzəltmək olar, məncə. Amma bəzi mövqelərə mütləq və mütləq oyunçular alınmalıdır.

Yayda, vaxtında çox dedim, vecinə alan olmadı.

Yeni gələn məşqçi indiki komandanı, “Kəpəz”i və ən əsası, Gəncə futbolsevərlərini yaxından tanıyır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti