İddiasından əl çəkəcəyi gözlənilən klubdan deyildi: “Lazım bildiyimiz qərarları verəcəyik”

30 Noyabr 2022 21:20 I Divizion 705
İddiasından əl çəkəcəyi gözlənilən klubdan deyildi: “Lazım bildiyimiz qərarları verəcəyik”

“Qış fasiləsi elan olunan kimi lazım bildiyimiz bütün qərarları verəcəyik.

O vaxt gəlmədən heç bir addım ata bilmərik”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlamasında belə deyib.Bu mövsüm I Diviziona qayıdan «Araz- Naxçıvan» iddiasını itirmək təhlükəsi ilə üzləşib.

Sezonun geridə qalan bölümündə uğurlu çıxış edən və turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Muxtar Respublika təmsilçisi, belə getsə, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmayacaq.

Bunun səbəbi klubun sponsorları ətrafında yaranan qarışıq vəziyyətdir.

Həmin qurumlarda vergi yoxlamalarının aparılması barədə ictimai-siyasi mediada da çoxlu xəbərlər yayılıb və hələlik heç bir təkzib olunmayıb.

«Araz-Naxçıvan» birinci liqanın ən iri büdcəli mənsubudur. Divizionda futbolçularına bu klub qədər maaş ödəyən ikinci iştirakçı yoxdur.

Bir neçə yerli şirkətin himayə etdiyi komandanın qış fasiləsində aparıcı futbolçularıyla vidalaşması gözlənilir.

Həmçinin təlim-məşq toplanışı keçmək üçün öncədən planlaşdırılan Antalya səfərinin ləğvi gündəmdədir. A.Bağırov isə naraharlığa əsas görmədiyini bildirib:

“Şükürlər olsun, bu gün klubda hər şey qaydasındadır. Kimlərinsə getməsi, kimlərinsə gəlməsi hazırda gündəmimizdə yoxdur.

Futbolçularla nə danışmışıq, hamısı ödənilir. Kontraktlarla bağlı problem yaşamırıq. Yüksək ödənişli futbolçuların heç biri buradan getmir.

Qış fasiləsində heyət məsələsinə bir də qayıdacağıq və güclənəcəyik. Lazım olan mövqelərə bir neçə transfer edəcəyik.

Görəcəyimiz işləri klub rəhbərliyi ilə davamlı olaraq məsləhətləşirik. Yalnız irəli baxırıq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?