Premyer Liqaya iddialı klubla bağlı QORXULU XƏBƏR!

29 Noyabr 2022 13:00 I Divizion 785
Premyer Liqaya iddialı klubla bağlı QORXULU XƏBƏR!

Bu mövsüm I Diviziona qayıdan «Araz- Naxçıvan» iddiasını itirmək təhlükəsi ilə üzləşib.

Sezonun geridə qalan bölümündə uğurlu çıxış edən və turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Muxtar Respublika təmsilçisi, belə getsə, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmayacaq.

Bunun səbəbi klubun sponsorları ətrafında yaranan qarışıq vəziyyətdir.

Həmin qurumlarda vergi yoxlamalarının aparılması barədə ictimai-siyasi mediada da çoxlu xəbərlər yayılıb və hələlik heç bir təkzib olunmayıb.

«Araz-Naxçıvan» birinci liqanın ən iri büdcəli mənsubudur. Divizionda futbolçularına bu klub qədər maaş ödəyən ikinci iştirakçı yoxdur.

Bir neçə yerli şirkətin himayə etdiyi komandanın qış fasiləsində aparıcı futbolçularıyla vidalaşması gözlənilir. Həmçinin təlim-məşq toplanışı keçmək üçün öncədən planlaşdırılan Antalya səfərinin ləğvi gündəmdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti