Regionun iddialı klubunda maliyyə problem yaranıb? - AÇIQLAMA

18 Noyabr 2022 19:40 I Divizion 976
Regionun iddialı klubunda maliyyə problem yaranıb? - AÇIQLAMA

“Vəziyyət normaldır, maddi çəhətdən heç nədən sıxıntı çəkmirik”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlamasında klubda maliyyə problemlərinin yaranması haqda yayılmış xəbərlərə münasibət bildırib.

O, komandanın I Divizionun son turlarında zəif çıxış edərək, turnir cədvəlində liderliyi əldən verməsinin səbəbinin bununla bağlı olmadığını deyib:

“Futbolçular öz əməkhaqlarını alıblar. Burada hər şey öz axarıyla gedir.

Son turda “Mingəçevir”ə məğlubiyyətə görə iclas keçirdik. Rəhbərlik komandanın yanında olduğunu söylədi.

Qarşıda bizi mövsümün ən vacib oyunlarından biri - “Qəbələ” ilə kubok qarşılaşması gözləyir. Bu, bizim uşaqlar üçün böyük sınaq olacaq.

Çalışacağıq ki, həm kubokda, həm də çempionatda maksimum dərəcədə yaxşı çıxış edək. Qışadək dörd tur var, yeni ilə gözəl əhval-ruhiyyədə yollanmaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti