Azərbaycan klubuna yeni icraçı direktor təyin edildi - FOTOLAR

17 Noyabr 2022 16:00 I Divizion 1 159
Azərbaycan klubuna yeni icraçı direktor təyin edildi - FOTOLAR

I Divizionda mübarizə aparan “Araz-Naxçıvan” PFK-nın İdarə Heyətinin ümumi iclası keçirilib.

Yığıncaqda cari və təkliati məsələlər müzakirə olunub.

Bu ilin yanvarında “Cahan Tobacco” MMC-nin nümayəndəsi kimi İdarə Heyətinə üzv seçilən Tural Hüseynalıyev klubun icraçı direktoru təyin edilib.

Bu yenilik “Araz-Naxçıvan”ın yaxın gələcəklə əlaqəli planlarının böyük olmasını göstərir.

Muxtar Respublika təmsilçisi növbəti mövsüm Premyer Liqada çıxış etməyə iddialıdır. Klub rəhbərliyi bu yöndə faəliyyətini son vaxtlar daha da intensivləşdiib.

Bölgə təmsilçisi I Divizionda uğurlu mövsüm keçirir. Akademiya tədricən formalaşdırılır, uşaq futboluna diqqət artırılıb.

Rəhbərlik bu sahə üçün ayrıca büdcə ayııb. Klubun nəzdində 6 yaş qrupu üzrə komanda yaradılıb.

Akaademiyanın direktoru postuna Adil Şükürovu gətirən Muxtar Respublika təmsilçisi gələn ilin əvvəlində daha bir neçə komanda formalaşdırmağı planlaşdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti